Çin ABŞ mallarına rüsumu qismən ləğv etməyə hazırdır

   Çin ABŞ mallarına rüsumu qismən ləğv etməyə hazırdır
  25 Aprel 2025    Oxunub:369
Pekin ABŞ-nin bəzi idxal məhsullarını mövcud 125% tariflərdən azad etmək imkanlarını araşdırır. Bu xüsusda şirkətlərdən yüksək rüsumlardan azad edilə biləcək məhsulların siyahısını vermələri xahiş olunur.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Reuters” agentliyi Çinin Ticarət nazirliyinin işçi qrupunun biznes qurumlardan təkliflər topladığını bildirir. Xüsusilə, yarımkeçiricilərin istehsalı ilə bağlı malların səkkiz kateqoriyası nəzərdən keçirilir.

Çindəki Amerika Ticarət Palatasının prezidenti Maykl Hart, məmurların tədarük zəncirləri üçün kritik malları nəzərdən keçirdiklərini və bəzi şirkətlərin artıq yeni tariflər olmadan məhsulları idxal edə bildiyini təsdiqləyib.

“Sosial şəbəkələrdə və işgüzar dairələrdə peyvəndlər, kimyəvi maddələr və təyyarə mühərrikləri də nəzərə alınmaqla 131 məhsul çeşidinin siyahısı müzakirə edilsə də, bunun həqiqət olduğu öz təsdiqini təsdiqini tapmayıb”, - agentlik yazır.

“Hatai Securities” şirkətinin hesablamalarına görə, təsirə məruz qalan idxalın həcmi 45 milyard dollara çata bilər.

“Apple” şirkəti “iPhone” istehsalını Çindən çıxarır
Xatırladaq ki, Donald Trampın Çin mallarına 145%-ə qədər gömrük rüsumları tətbiq etməsindən sonra ABŞ və Çin arasında ticarət müharibəsi güclənib. Buna cavab olaraq Çin Amerikadan idxala 125%-ə qədər tariflər tətbiq edib. İndi ABŞ administrasiyası tarifləri qismən azaltmaq imkanını nəzərdən keçirir, Çin isə birtərəfli tədbirlərin tamamilə ləğvini tələb edir.

Bu arada, Donald Trampa “Time” jurnalına müsahibəsaində ticarət rüsumlarını müzakirə etmək üçün Çinin sədri Si Cinpinin ona zəng vurduğunu iddia edib.

- O, zəng edib. Mən bunu onun tərəfində zəiflik əlaməti hesab etmirəm”, - ABŞ preidenit vurğulayıb. Onun sözlərinə görə, söhbət zamanı tərəflər ticarət sazişinin bağlanması imkanları barədə müzakirə aparıblar.

Qeyd edək ki, bu reallıqlar fonunda Böyük Britaniyanın “Financial Times (FT)” qəzeti “Apple” şirkətinin ABŞ bazarı üçün nəzərdə tutulan bütün “iPhone” aparatlarının yığılmasını Çindən Hindistana köçürməyi planlaşdırdığını yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Çin   ABŞ   tariflər  





Xəbər lenti