ABŞ-İran: Növbəti raundun tarixi açıqlanıb

   ABŞ-İran: Növbəti raundun tarixi açıqlanıb
  26 Aprel 2025    Oxunub:518
ABŞ və İran arasında danışıqlar gələn həftə davam edəcək.

AzVision.az xəbər verir ki, bu barədə danışıqlar prosesində vasitəçi kimi çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi "X" sosial şəbəkəsində bildirib.

"ABŞ və İran arasında bugünkü danışıqlar qarşılıqlı hörmət və öhdəliklərə əsaslanan razılaşma əldə etmək üçün ortaq istəyi üzə çıxardı. Əsas prinsiplər, məqsədlər və texniki məsələlər müzakirə edilib. Danışıqlar gələn həftə davam etdiriləcək və daha bir yüksək səviyyəli görüş şərti olaraq mayın 3-nə planlaşdırılıb", - nazir yazıb.



Teqlər: ABŞ   İran  





Xəbər lenti