Putin danışıqlara hazır olduğunu bildirib

Putin danışıqlara hazır olduğunu bildirib
  26 Aprel 2025    Oxunub:442
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşdə Moskvanın Ukrayna ilə ilkin şərt olmadan danışıqlara hazır olduğunu bildirib.
AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, jurnalistlərə açıqlamasında söyləyib.

Vladimir Putin Rusiya tərəfinin hər hansı ilkin şərt irəli sürmədən Kiyevlə danışıqları bərpa etməyə hazır olduğunu nəzərə çatdırıb.

Bundan əvvəl Rusiya Prezidenti mülki obyektlərə zərbə endirilməməsi ilə bağlı məsələnin ikitərəfli qaydada müzakirəsini təklif edib.



Teqlər: Putin  





Xəbər lenti