Kosmosdan 3 nəfər Yerə qayıdıb

Kosmosdan 3 nəfər Yerə qayıdıb
  20 Aprel 2025    Oxunub:1414
Beynəlxalq Kosmik Stansiyada (BKS) çalışan 2 kosmonavt və bir astronavt Yerə qayıdıb.
Bu barədə “Roskosmos” məlumat yayıb. Bildirilir ki, göyərtəsində rus kosmonavtlar Aleksey Ovçinin, İvan Vaqner və NASA-nın astronavtı Donald Petitin olduğu “Soyuz MS-26” kosmik gəmisi Qazaxıstana uğurlu eniş edib. Yerin orbitinə daxil olma və eniş normal olub.

Ekipaj BKS-də 11 sentyabr 2024-cü ildən işləyirdi.
AzVision.az


Teqlər:





Xəbər lenti