Ölkəyə dərman gətirilməsinin qaydaları açıqlanıb

"Qərarın müvafiq bəndində qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan dərmanlar istisna olmaqla şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələri güzəştli qaydada gömrükdən keçirilə bilər", - o bildirib.
İlkin Hüseynzadə həmçinin diqqətə çatdırıb ki, gömrükdən keçirilən aksizli malların siyahısı Vergi Məcəlləsi ilə tənzimlənir. Şöbə rəisi, eyni zamanda, vətəndaşın ay ərzində şəxsi istifadə məqsədilə 30 kiloqram qarışıq ərzağı da ödəniş etdirmədən gömrükdən keçirə biləcəyini vurğulayıb.
Səbinə Həsənova
AzVision.az
Teqlər: DGK