Siyəzəndə yanacaqdaşıyan avtomobil aşıb - VİDEO
Bildirilib ki, Bakı-Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Qoşqusunda 39 ton yanacağı olan “DAF” markalı yanacaqdaşıyan avtomobilin idarəetməni itirərək aşıb. Nəticədə yanacaq ətrafa dağılıb, yanğın-partlayış təhlükəsi yaranıb.
Hazırda yanğınsöndürənlər mümkün yanğın-partlayış təhlükəsinin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.
AzVision.az
Teqlər: FHN







Vaxtında, Aydın, Lazımlı!


