`Qarabağ` növbəti mərhələdə
”Qarabağ” səfərdə Polşanın “Piast” klubunun qonağı olub. Bakıda keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gələn Ağdam klubunun növbəti mərhələyə keçmək şansı rəqibinə nisbətən üstün idi. Oyuna qolla başlayan "Qarabağ" sonradan üstünlüyünü əldən verib. Lakin matçın 108-ci dəqiqəsində daha bir qol vuran təmsilçimiz növbəti mərhələyə adlayıb.
“Qarabağ” III təsnifat mərhələsində “Anortosis” (Kipr) – “Qefle” (İsveç) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, "Piast” – “Qarabağ” oyununda təxribat baş verib. Belə ki, tribunada bəzi tamaşaçılar tərəfindən Daglıq Qarabağın separatçı rejiminin “bayrağı” dalğalandırılıb. Ağdam klubunun meneceri Asif Əsgərovun müdaxiləsindən sonra qondarma respublikanın bayrağı tribunadan yığışdırılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


