Yaponiyada son 10 ilin güclü zəlzələsi: insanlar dağıntılar altında qaldı

   Yaponiyada son 10 ilin güclü zəlzələsi:    insanlar dağıntılar altında qaldı
  28 İyul 2026    Oxunub:245
Yaponiyanın Kyuşu adasında baş verən 7,1 bal gücündə zəlzələ son 10 ilin ən güclü təbii fəlakətlərindən biri olub.
AzVision.az bu barədə BBC-yə istinadən xəbər verir. Yerli hakimiyyət orqanlarının məlumatına görə, 300 mindən çox sakinə təxliyə edilib, 48 minə yaxın ev işıqsız qalıb.
Zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilsə də, qısa müddət sonra ləğv olunub.

Ən ciddi hadisələrdən biri Kumamoto prefekturasının Kaşima şəhərində yerləşən iri ticarət mərkəzində qeydə alınıb. Binanın ikinci mərtəbəsinin bir hissəsi çöküb, nəticədə çoxsaylı insan dağıntılar altında qalıb. Hadisə yerinə xilasedicilər cəlb olunub və axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

İlkin məlumata görə, azı 50 nəfər xəsarət alıb. Zəlzələ nəticəsində yollar, körpülər və dəmir yolu infrastrukturu da zərər görüb, sürət qatarlarının hərəkəti dayandırılıb, Kumamoto hava limanının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.

Röya Əliyeva


Teqlər:






Xəbər lenti