ABŞ-də "shutdown" : Tramp xəbərdarlıq etdi

      ABŞ-də "shutdown"   : Tramp  xəbərdarlıq etdi
  23 İyul 2026    Oxunub:349
ABŞ Prezidenti Donald Trump sentyabr ayında federal hökumətin fəaliyyətinin qismən dayana biləcəyi barədə xəbərdarlıq edib.
Corciya ştatında çıxışı zamanı Tramp bildirib ki, federal xərclərlə bağlı Respublikaçılar və Demokratlar arasında fikir ayrılıqları davam etdiyindən hökumətin fəaliyyəti sentyabrda dayana bilər.

Bu arada, Respublikaçıların nəzarətində olan ABŞ Nümayəndələr Palatası noyabr aralıq seçkiləri öncəsi hökumətin fəaliyyətinin dayanmasının qarşısını almaq məqsədilə federal qurumların maliyyələşdirilməsini dekabrın 4-dək uzadan müvəqqəti büdcə qanunu layihəsini qəbul edib.

“Continuing Resolution” (CR) adlanan müvəqqəti maliyyələşdirmə sənədi baxılması üçün Senata göndərilib.

Senatdakı Respublikaçı liderlər hazırda Demokratlarla danışıqlar aparır və alternativ qısamüddətli maliyyələşdirmə variantını da nəzərdən keçirirlər.

Konqres büdcə qanunvericiliyini vaxtında qəbul etməzsə, federal qurum və proqramların əksəriyyətinin maliyyələşdirilməsi sentyabrın 30-da – cari maliyyə ilinin sonunda başa çatacaq. Bu isə ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılmasına səbəb ola bilər.

Məhəmmədəli Həsənli

AzVision.az




Teqlər:






Xəbər lenti