ABŞ İspaniya millisinin dünya çempionluğu mükafatından 15 milyon dollar vergi tutacaq

ABŞ İspaniya millisinin dünya çempionluğu mükafatından  15 milyon dollar vergi  tutacaq
  25 İyul 2026    Oxunub:351
ABŞ-də keçirilən futbol üzrə dünya çempionatının qalibi olan İspaniya millisinin mükafatının 15 milyon ABŞ dolları, təxminən 30%-i həcmində vergi tutulacaq.
Məlumata görə, adətən FIFA ev sahibi ölkələrlə milli komandaların mükafatlarının vergidən azad edilməsi barədə razılıq əldə edir. Lakin bu dəfə ABŞ İspaniya millisini hüquqi şəxs kimi tanımayıb. Nəticədə futbolçular və məşqçilər mükafatdan əldə etdikləri gəlirə görə fiziki şəxs qismində ABŞ vergi qanunvericiliyinə əsasən vergi ödəyəcəklər. Mütəxəssislərin hesablamalarına görə, ümumi vergi yükü təxminən 30-32% təşkil edə bilər.

ABŞ Konqresinin bəzi üzvləri isə bildirib ki, İspaniya tərəfi turnir başlamazdan əvvəl ölkədə tətbiq olunan vergi qaydalarından xəbərdar olmalı idi.

Qeyd edək ki, İspaniya millisinin və FIFA-nın paylaşdığı bəzi çempionluq fotolarında ABŞ Prezidenti Donald Trump görünmürdü. Bunun səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

M.Həsənli
AzVision.az



Teqlər:






Xəbər lenti