TÜRKPA Azərbaycana qarşı qərara sərt reaksiya verdi

TÜRKPA Azərbaycana qarşı qərara sərt reaksiya verdi
  25 İyul 2026    Oxunub:307
İyulun 22-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Azərbaycana qarşı bir sıra iddiaları özündə əks etdirən düzəlişi qəbul etməsi Türk Dövlətləri Parlament Assambleyasında (TÜRKPA) ciddi narahatlıq doğurub.
Azvision.az xəbər verir ki, TÜRKPA-nın Baş katibi Ramil Həsən bununla bağlı bəyanat yayıb.

Bəyanatda vurğulanır ki, bu təşəbbüsün Azərbaycan ilə Ermənistan arasında Cənubi Qafqazda münasibətlərin normallaşdırılması və sülh quruculuğu prosesinin fəal davam etdiyi bir dövrdə irəli sürülməsi təəssüf doğurur.

Qanunvericilik qərarlarının ayrı-ayrı lobbi qruplarının maraqları ilə deyil, faktların obyektiv qiymətləndirilməsinə və beynəlxalq hüquq prinsiplərinə əsaslanmalı olduğu diqqətə çatdırılıb. TÜRKPA qanunverici orqanları iki ölkə arasında davam edən normallaşma prosesinə mənfi təsir göstərə biləcək addımlardan çəkinməyə çağırıb.

Assambleya bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, eləcə də mehriban qonşuluq prinsiplərinə sadiqliyini bir daha təsdiq edib.


Teqlər:






Xəbər lenti