Türkiyə hələ F-35 qırıcılarını ala bilmir

Türkiyə hələ F-35 qırıcılarını ala bilmir
  25 İyul 2026    Oxunub:481
ABŞ: Türkiyə hələ F-35 proqramına qayıtmaq üçün tələbləri yerinə yetirməyib
ABŞ Dövlət Departamenti bildirib ki, Türkiyə F-35 qırıcılarının istehsalı proqramına yenidən qoşulmaq üçün ABŞ qanunvericiliyində nəzərdə tutulan hüquqi tələbləri hələ yerinə yetirməyib. Azvision.az bu barədə Euroactiv- ə istinadən xəbər verir.

Məlumata görə, F-35 proqramına qayıdış Ankara üçün əsas prioritetlərdən biri olaraq qalır. ABŞ Prezidenti Donald Trump NATO sammitində bu istiqamətdə addımı dəstəkləyə biləcəyinə işarə etsə də, yekun qərar üçün hüquqi maneələr aradan qaldırılmalıdır.

Türkiyə 2020-ci ildə Rusiyadan S-400 zenit-raket kompleksləri aldığına görə F-35 proqramından çıxarılmışdı.

NATO sammitindən sonra Türkiyə rəsmiləri S-400 sistemlərinin satılması ilə bağlı Fars körfəzi ölkələrindən biri ilə danışıqlar apardıqlarını bildirmişdilər. Məqsədin Ankaranın F-35 proqramına qayıdışı üçün zəmin yaratmaq olduğu qeyd olunurdu.

ABŞ Dövlət Departamentinin demokrat konqresmen Uesli Bella ünvanladığı məktubda isə vurğulanıb ki, Türkiyə hələ də qanunvericiliklə müəyyən edilmiş şərtləri yerinə yetirməyib. Sənəddə həmçinin qeyd olunub ki, S-400 məsələsinin həllinə yönələn hər hansı proses şəffaf, qanuni və ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun olmalıdır.

Məhəmmədəli Həsənli
AzVision.az



Teqlər:






Xəbər lenti