Güclü külək iki nəfəri xəstəxanalıq etdi

   Güclü külək iki nəfəri xəstəxanalıq etdi
  27 İyul 2026    Oxunub:435
Bakıda güclü külək səbəbindən xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib.
Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə iki çağırış daxil olub.

Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hər iki ünvana təcili tibbi yardım briqadası cəlb olunub.

Saat 07:55 radələrində Səbail rayonu, Xəqani küçəsi ərazisində qeydə alınan çağırış zamanı bir qadın təcili tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Saat 10:25 radələrində isə Nizami rayonu, Atletlər kəndi ərazisində qeydə alınan çağırış zamanı bir kişi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

AzVision.az



Teqlər:






Xəbər lenti