Yaponiya Parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də │FOTOLAR

Yaponiya Parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də │FOTOLAR
  28 İyul 2026    Oxunub:477
Yaponiya Parlamenti Müşavirlər Palatasının üzvü Miçiro İşibaşinin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

Həmçinin “ASAN xidmət”in 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi vurğulanıb.
Hazırda ölkəmizin qabaqcıl təcrübəsinin 35-dən çox ölkəyə ixrac olunması istiqamətində fəaliyyətin həyata keçirildiyi diqqətə çatdırılıb.

Səfər çərçivəsində qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, “Bilim Bakı” mərkəzinin və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.

Qalereya




Teqlər:






Xəbər lenti