“Bizi qıcıqlandırmayın!” – Hərbi ekspertdən erməni gənclərinə xəbərdarlıq

      “Bizi qıcıqlandırmayın!”    – Hərbi ekspertdən erməni gənclərinə xəbərdarlıq
  02 İyun 2026    Oxunub:1265
“3-5 nəfər dəyyusun türk papağını yerə atması dünyanın böyük bir hissəsini 600 il təkbaşına idarə edən Türkiyəyə heç bir halda mənfi təsir etməyəcək. Bayraq və papağı təhqir etmək kimi düşük və axmaq addımlar formalaşa bilməyən xalqlara məxsus xüsusiyyətdir. Bunu etməyin”.
Bu sözləri hərbi ekspert Ədalət Verdiyev erməni gənclərinin İrəvanın mərkəzində keçirdikləri aksiyada türk papaqlarını yerə atmasına münasibət bildirərkən deyib. O həmçinin qeyd edb ki, Ermənistanın hüquq-mühafizə orqanları paytaxtın mərkəzində erməni gənclərin milli zəmində nifrət ritokasını, konkret olaraq türk düşmənçiliyini görməzliyə vurur.

Hərbi ekspert erməni gənclərinə belə bir məsləhət verib ki, başqa ölkələrin maraqları naminə Ermənistanın gələcəyini şübhə altına almağa yönəlik addımlardan çəkinsinlər: “Siyasi mübarizə predmeti olaraq Türkiyə və Azərbaycana qarşı nifrətinizi sizdən alət kimi istifadə edən əsl dusməninizə yönəldin. Məhz Koçaryan və Sarkisyanın türk düşmənçiliyi üzərində qurulan yanlış siyasətinə görə Ermənistan bu gün işğalçı simasından başqa hər şeyini itirib. Paşinyan yerdə qalanı qorumağa çalışır. Ona mane olsanız, Hindistanda "muqəddəs inəyə" sitayiş edəcəksiniz”.

Hərbi ekspert ermənilərə məğlub ölkə kimi hərəkətlərinə sərhəd qoymalarını məsləhət görüb: “Azərbaycan Əsgəri hərəkətlərinə və sözlərinə sərhəd qoymayanları son illərdə dəfələrlə peşman edib. Onların arasında bəziləri Azərbaycan həbsxanalarında cəzasını çəkir. Yerə Türk papağı atan axmaqlar da cəzasız qalmayacaq. Buna əmin olun. Çalışın, bizi ümumiyyətlə, qıcıqlandırmayın”.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Ermənistan  



Xəbər lenti