Ramin Məmmədov: Boşanmaların səbəbi ailə dəyərlərinə yad təsirlərin müdaxiləsidir

Ramin Məmmədov: Boşanmaların səbəbi ailə dəyərlərinə yad təsirlərin müdaxiləsidir
  14 May 2026    Oxunub:2346
Azərbaycanda boşanmaların sayının artmasının ən böyük səbəbi ailə modelinin dəyişməsi və milli-mənəvi dəyərlərə kənar müdaxilələrin olmasıdır. Ailə strukturunu qorumaq üçün ənənəvi dəyərlərə sadiqlik mütləqdir.
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan İlahiyyat İnstitutunda "Ailə dəyərləri" mövzusunda keçirilən açıq dərsdə deyib.

​Komitə sədri bildirib ki, statistik göstəricilərdə boşanmaların sayının yüksək olması narahatlıq doğurur:

“Bu vəziyyəti bəzən iqtisadi, sosial və digər bənzər səbəblərlə əlaqələndirməyə çalışırlar. Amma dərindən təhlil etdikdə görürük ki, səbəb bunların heç biri deyil. Əsas faktor Azərbaycanda ailə dəyərlərinə yad təsirlərin müdaxilə etməsidir. Bu müdaxilələr nəticəsində ailə modeli dəyişir və bu da parçalanmalara yol açır”.

​Ramin Məmmədov vurğulayıb ki, ailə modelini qorumaq həm cəmiyyətin, həm də dövlətin mənəvi təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir. O, gənclərin bu mövzuda daha diqqətli olmasının və milli ailə
institutunun sarsılmaz təməllər üzərində saxlanılmasının vacibliyini qeyd edib.

S.Həsənova


Teqlər:



Xəbər lenti