WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq
Forumda özəl sektorun iştirakı da rekord səviyyədə olacaq. Belə ki, WUF13-də ümumilikdə 45 şirkət təmsil olunacaq, onların 14-ü isə startapdır. Tədbir çərçivəsində startaplar və innovativ təşəbbüslər üçün xüsusi platforma – Biznes və İnnovasiya Habı (Mərkəzi) ilk dəfə iştirakçıların istifadəsinə veriləcək.
WUF13-də dünyanın müxtəlif ölkələrindən 44-dən çox şəhər meri də iştirak üçün qeydiyyatdan keçib. Bu, Forumun qlobal şəhər idarəçiliyi və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini bir daha nümayiş etdirir.
Eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının sessiyadakı iştirakı da yüksək səviyyədə olacaq. Şəhərsalma Sərgisində 42 vətəndaş cəmiyyəti təşkilatı və fond təmsil olunacaq.
Qeyd edək ki, xəbərdə yer alan məlumatlar bu günədək olan informasiyadır. Rəqəmlər dəyişə bilər.
Xatırladaq ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçiriləcək və tədbir çərçivəsində şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, iqlim çağırışları, rəqəmsal transformasiya və inklüziv urbanizasiya məsələləri müzakirə olunacaq.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


