Tədbirdə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) məzmunu və əhatə dairəsinə görə strateji əhəmiyyət daşıyan qlobal platformalardan biri olduğu vurğulanıb. Qeyd edilib ki, bu mühüm tədbirin Bakıda keçirilməsi yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən şəhərsalma proqramları, müasir infrastruktur layihələri və işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri bu sahədə Azərbaycanı regionun nümunəvi ölkəsinə çevirib.
Tədbirdə dağ-mədən fəaliyyətinin şəhərsalma və urbanizasiya proseslərinə təsirləri, istehsalat tullantılarının ekoloji risklərinin azaldılması, dayanıqlı idarəetmə mexanizmləri və innovativ yanaşmalar ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, “AzerGold” QSC, o cümlədən iri sement istehsalçıları olan “Norm” və “Holcim” şirkətlərinin mütəxəssisləri təqdimatlarla çıxış ediblər. Çıxışlarda mədənçiliyin şəhərsalma həllərində rolu, ekoloji və texniki yanaşmalar, həmçinin perspektiv inkişaf istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


