Xızır peyğəmbərə rüşvət

// Dənizin dibindən toplanan məktublarda nələr var?

   Xızır peyğəmbərə rüşvət
  13 May 2026    Oxunub:3025
Antalya da hər il mayın 5-dən 6-na keçən gecə yazın gəlişi münasibətilə Xıdır Əlləz bayramı qeyd olunur. Həmin gecə insanlar arzularını kağıza yazaraq, su keçirməyən paketlərə qoyur və dənizə atırlar.
Xızır peyğəmbərin həmin arzuları yerinə yetirəcəyinə inanılır. Amma həmin məktublar Xızır Əlləzdən qabaq dalğıcların əlinə keçir.


Turizm mövsümü qabağı dənizin dibini təmizləyən dalğıclar ora atılan diləkləri də yığışdırıblar. Onların Türkiyə mediasına dediklərinə görə, dənizin dibində saysız-hesabsız dilək məktubları var. Yığıb-yığışdırmaq mümkün deyil. İnsanların bəziləri məktublara 1 lirə pul da əlavə edir (Görünür, Xızır Əlləzin də rüşvətlə işlədiyinə inanırlar). Dalğıcın biri 58 lirə topldığını söyləyib.


Kağızlara yazılan arzuların çoxu ev, maşın, pul, sağlamlıq, evlənmək, nəvə istəyi ilə bağlıdır.

Samir Quliyev
AzVision.az


Teqlər: Mövhumat  



Xəbər lenti