Kəlbəcərdə əsgərlərin minaya düşməsi araşdırılır

Kəlbəcərdə əsgərlərin minaya düşməsi araşdırılır
  12 May 2026    Oxunub:2179
Hərbi qulluqçuların minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır
Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan AzVision.az -a verilən məlumata əsasən, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları, əsgərlər Məhəmməd Hüseynov və Kamil Qaflanovun mayın 11-də Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.



Teqlər:



Xəbər lenti