Bütün Qafqazın Şeyxi həmçinin bu gün Ermənistanda hələ də bəzi qüvvələrin səsləndirdikləri nifrət çağırışlarının yolverilməz olduğunu Türk Dövlətləri Təşkilatının Baş Katibinin diqqətinə çatdırıb.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçek Ömüraliyev də görüş münasibətilə Bütün Qafqazın Şeyxinə dərin minnətdarlğını bildirib, yaxın günlərdə Türküstanda Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi görüşünün keçiriləcəyini diqqətə çatdırıb.
Görüşdən sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə Türk Dövlətləri Təşkilatının mənzil qərargahında mövcud olan muzey və kitabxana barədə məlumat verilib.
Qeyd edək ki, 12-13 may tarixlərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə 29-cu Avrasiya İqtisadi Zirvəsi keçiriləcək. Forumda 48 ölkənin iştirakı nəzərdə tutulub.







Vaxtında, Aydın, Lazımlı!


