Ağdamda qəza nəticəsində 4 hərbçi öldü
Məlumata görə, 1983-cü il təvəllüdlü Cəfərov Sadiq Rafael oğlu ("Hundai" markalı avtomobilin sürücüsü) müştərək travmalar, hər iki diz nahiyəsinin sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edildikdən sonra avtomobillərdə sıxılı vəziyyətdə qalan meyitlər çıxararaq aidiyyəti üzrə təhvil verilib.
Leytenant Mehtiyev Faiq Xanqulu oğlu, çavuş Qəhrəmanov Saday Yaqub oğlu, çavuş Novruzov Ruslan Ramil oğlu və Abbasov İsmayıl Abdulla oğlu vəfat etdikləri məlum olub.
Faktla bağlı araşdırma davam edir.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


