Valideynlər üçün vacib mesaj : uşaqları onlayn risklərdən qoruyun

    Valideynlər üçün vacib mesaj : uşaqları onlayn risklərdən qoruyun
  06 May 2026    Oxunub:2011
Elektron Təhlükəsizlik Xidməti uşaqların internet mühitində üzləşə biləcəyi risklərlə bağlı maarifləndirici sosial videoçarx hazırlayıb.
Rəqəmsal mühitdə aktiv olan uşaqlar interneti əksər hallarda yalnız əyləncə vasitəsi kimi qəbul edirlər. Lakin virtual aləmdə qarşı tərəfin kimliyini müəyyən etmək hər zaman mümkün olmur. Tanınmayan profillər, təsadüfi linklər və ya adi görünən ünsiyyət halları belə onların fərdi məlumatlarının risk altına düşməsi ilə nəticələnə bilər.

Hazırlanan videoçarxda bu kimi risklərdən bəhs olunur, həm uşaqlara, həm də valideynlərə diqqətli davranmağın vacibliyi xatırladılır.



AzVision.az



Teqlər:



Xəbər lenti