Səyyar ASAN Gürcüstanda yaşayan vətəndaşlarımızın xidmət göstərəcək

   Səyyar ASAN Gürcüstanda yaşayan vətəndaşlarımızın xidmət göstərəcək
  04 May 2026    Oxunub:2041
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində 5, 6 və 7 iyun 2026-cı il tarixlərində vətəndaşlarımız üçün xidmətlər göstəriləcək
Bu barədə AzVision.az-a dövlət agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Xidmətlərə daxilidir:

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Məhkumluq barədə arayışların verilməsi.

Xidmətlərdən yararlanmaq üçün mütləq Elektron Növbə Portalından növbə götürmək lazımdır. Müraciət üçün appointment.mfa.gov.az/az linkinə daxil olun.

Vacib qeyd: Portalda Səfirliyi seçdikdən sonra müvafiq xidməti və tarixi (5, 6 və 7 iyun) qeyd etməyi unutmayın.

Ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4.

AzVision.az



Teqlər:



Xəbər lenti