Bununla yanaşı, festival ərazisində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosunun turist məlumat mərkəzinə yaxınlaşan yerli və xarici ziyarətçilərə Azərbaycanın turizm imkanları, regionların turizm potensialı və səyahət marşrutları haqqında məlumat verilir, turistik kitabçalar, broşürlər, xəritələr və digər promo materiallar təqdim olunur.
Qonaqlar VR eynəklər vasitəsilə Azərbaycanın müxtəlif turizm istiqamətlərini virtual şəkildə kəşf edir, rəqəmsal monitorlarda ölkənin təbiət, mədəniyyət, qastronomiya və şəhər turizmi imkanlarını əks etdirən vizual materiallarla tanış olurlar.







Vaxtında, Aydın, Lazımlı!


