WUF13 çərçivəsində Bakıda yeni təmizlik mexanizmlər tətbiq olunur

WUF13 çərçivəsində Bakıda yeni təmizlik mexanizmlər tətbiq olunur
  01 May 2026    Oxunub:2218
Bakıda tullantıların çeşidlənməsi üzrə göstəricilər 4 dəfəyə yaxın artıb
Azvision.az xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş Meneceri Eldar Rəsulov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum çərçivəsində "Şəhərsalma və Memarlıq İli"ndə media gündəminə həsr olunan panel sessiyada deyib.

O bildirib ki, Bakı şəhərində həyata keçirilən tullantıların idarə olunması üzrə pilot layihə artıq 10 rayonu əhatə edir və narıncı konteynerlərə yığılan çeşidlənmiş tullantıların miqdarı 6-7 tondan 20-25 tona yüksəlib.

​Eldar Rəsulov qeyd edib ki, Azərbaycan Prezidentin tapşırığı ilə xeyli sayda yeni müasir kommunal texnika və xidmətlər istifadəyə verilib ki, bu da layihələrin uğurla icrasına zəmin yaradıb. O, 7 il əvvəl xarici tərəfdaşlarla başlanan prosesin hazırda yerli mütəxəssislər tərəfindən davam etdirildiyini və əhalinin bu prosesə fəal cəlb olunduğunu vurgulayıb.


Teqlər:



Xəbər lenti