Qarabağda torpaqların icarəyə verilməsi üzrə investisiya müsabiqəsi elan edildi

Qarabağda torpaqların icarəyə verilməsi üzrə investisiya müsabiqəsi elan edildi
  30 Aprel 2026    Oxunub:2331
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə üçüncü investisiya müsabiqəsi üzrə müraciətlərin (ərizələrin) qəbuluna başlanılır.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, icarə müqaviləsi ilkin olaraq 5 (beş) il müddətinə imzalanır. Həmin müddətin sonunda Qaydalara uyğun olaraq həyata keçirilən nəzarət tədbirlərinə əsasən, müsabiqə qalibinin Qaydaların və icarə müqaviləsinin tələblərinə əməl etdiyi (o cümlədən torpaqlardan səmərəli istifadə etdiyi) müəyyən edildikdə, icarə müqaviləsinin müddəti əlavə 44 (qırx dörd) ilədək uzadılır.

İnvestisiya layihəsi əkinçilik, bağçılıq, heyvandarlığın inkişafı, aqroturizm və balıqçılıq istiqamətlərini əhatə edir. Ərizələrin qəbulu 30 aprel saat 09:00-da başlayır və 15 iyun saat 18:00-da başa çatır. Ərizələr Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS – eagro.az) vasitəsilə qəbul ediləcək.

Qeyd edək ki, investisiya layihəsinin həyata keçiriləcəyi torpaq sahələri Xocavənd, Xocalı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdərə, Ağdam, Qubadlı və Laçın üzrə 21 039 hektar ərazini əhatə edir.


Teqlər:



Xəbər lenti