Prezident idmançılarımıza qarşı ədalətsizlikdən danışıb

   Prezident idmançılarımıza qarşı ədalətsizlikdən danışıb
  30 Aprel 2026    Oxunub:2018
Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşündə beynəlxalq yarışlarda idmançılarımıza qarşı ədalətsizliklərdən danışıb.
İlham Əliyev beynəlxalq yarışlarda Azərbaycan idmançılarına qarşı ədalətsizlikdən danışıb

Dövlətimizin başçısı bununla bağlı deyib: “Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir”.

AzVision.az



Teqlər:



Xəbər lenti