Agentlik sədri qeyd edib ki, Şuşada belə tədbirlərin keçirilməsi artıq ənənəvi xarakter alıb:
"2022-ci ildə Şuşa I Beynəlxalq Qastronomiya Festivalına ev sahibliyi edib, 2024-cü ildə isə İslam ölkələrinin iştirakı ilə beynəlxalq qastronomiya günü keçirilib",- deyə Nağıyev xatırladıb.
Fuad Nağıyev ölkə rəhbərliyi tərəfindən turizmin və qastroturizmin inkişafına hər zaman xüsusi diqqət ayrıldığını bildirərək, bu dəstəyə görə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.
F.Nağıyev qastroturizmin Dövlət Turizm Agentliyinin fəaliyyətində prioritet istiqamət olduğu və bu sahənin milli-mədəni irsimizi, mədəniyyətimizi dünyaya tanıtmaqda mühüm rol oynadığını da diqqətə çatdırıb. Bildirib ki, belə tədbirlər region ölkələri arasında əməkdaşlığı gücləndirir və təcrübə mübadiləsinə şərait yaradır.
Qeyd edək ki, tədbir iştirakçıları gün ərzində müxtəlif ölkələrin mətbəxləri ilə yanaşı, xüsusi olaraq Qarabağ mətbəxinə məxsus milli kulinariya nümunələrini də dadmaq imkanı əldə ediblər.
S. Həsənova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


