İrandan qonşularına xəbərdarlıq

//Neft hasilatı dayana bilər

İrandan qonşularına  xəbərdarlıq
  22 Aprel 2026    Oxunub:2323
İran qonşu ölkələrə xəbərdarlıq edərək bildirib ki, ərazilərindən İslam Respublikasına qarşı hücumlar üçün istifadə olunacağı təqdirdə, regionda neft hasilatı tam dayana bilər.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Kosmik Qüvvələrinin rəhbərinin müavini Seyid Məcid Musəvi açıqlama verib. O qeyd edib ki, İran istənilən hücuma cavab olaraq müxtəlif hədəflərə zərbələr endirməyə hazırdır.

“Əgər düşmən bundan sonra səhvə yol verərək torpaqlarımıza hücum edərsə, bu dəfə hədəf bizim deyil, sizin göstərdiyiniz yerlər olacaq”, – deyə o vurğulayıb.

Musəvi həmçinin İranın təhlükəsizliyini Yaxın Şərqdə enerji sektorunun sabitliyi ilə əlaqələndirib. Onun sözlərinə görə, region ölkələri nəzərə almalıdır ki, əraziləri və ya infrastrukturu İrana qarşı istifadə edilərsə, bu, bölgədə neft hasilatının dayanması ilə nəticələnə bilər.

Röya Əliyeva
AzVision.az



Teqlər:



Xəbər lenti