Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb

Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb
  21 Aprel 2026    Oxunub:2128
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.
Qırmızı Bazar qəsəbəsinə bu gün 17 ailə olmaqla, 74 nəfər köçüb. Qəsəbədə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.

Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.




Teqlər:



Xəbər lenti