Bir saat ərzində metronun fəaliyyəti bərpa ediləcək l YENİLƏNİB

   Bir saat ərzində metronun fəaliyyəti bərpa ediləcək    l YENİLƏNİB
  21 Aprel 2026    Oxunub:2074
Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.

Qeyd edək ki, “Qara Qarayev–Nərimanov” mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.

Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.

12:47
“Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

QSC-dən bildirilib ki, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.


Teqlər:



Xəbər lenti