Mediasiya Şurası 2026-cı ilin 1-ci rübü üzrə HESABAT təqdim edib

   Mediasiya Şurası 2026-cı ilin 1-ci rübü üzrə    HESABAT    təqdim edib
  20 Aprel 2026    Oxunub:5163
Mediasiya Şurası fəaliyyətə başladığı gündən yaratdığı ənənəyə sadiq qalaraq, 2026-cı ilin 1-ci rübünə dair hesabatını təqdim edib. Sənədlə buradan tanış ola bilərsiniz.
2026-cı ilin 1-ci rübü ərzində mediasiya təşkilatlarına ümumilikdə 11.531 müraciət daxil olub. Daxil olan müraciətlərdən 10.245-i ailə mübahisələri, 1.059-u əmək mübahisələri, 59-u kommersiya mübahisələri, 164 müraciət mülki mübahisələr, 4 müraciət isə digər mübahisələr üzrədir.

Daxil olan müraciətlərdən 10.585 müraciət nəticələnib. Tamamlanan işlərdən İlkin Mediasiya Sessiyasında (İMS) bir tərəfin iştirak etmədiyi işlərin ümumi sayı 5.257, xitam verilən və mediasiyadan imtina edilən işlərin ümumi sayı 1.466-dır.

2026-cı ilin 1-ci rübündə ümumilikdə 1.794 barışıq sazişi imzalanmışdır ki, bu da 46.5% uğurlu nəticə deməkdir. Əldə edilən barışıqlardan 1.482 barışıq ailə, 241 barışıq əmək, 10 barışıq kommersiya, 57 barışıq mülki mübahisələr, 4 barışıq isə mülki mübahisələrlə bağlı müraciətlər üzrədir.

Qeyd edək ki, hesabatda həmçinin mediasiya təşkilatları ilə bağlı ümumi məlumatlar, əlaqa vasitələri, məxfiliyi qorumaqla hər bir mediasiya təşkilatı ilə əmək və mülki müqavilə əsasında işləyən mediatorların adlı siyahıları, icraatlarındakı işlərin və həmin işlər nəticəsində əldə etdikləri barışıq sazişlərinin sayı əks olunub. Bununla yanaşı, mediasiya təşkilatlarına daxil olan işlər və onların mübahisə növü üzrə təsnifatı kimi ətraflı məlumatlar da ictimai diqqətə çatdırılıb.


Teqlər: Mediasiya  



Xəbər lenti