İran: Danışıq olmayacaq!

 İran: Danışıq olmayacaq!
  20 Aprel 2026    Oxunub:1652
İran hələlik ABŞ ilə yeni danışıqlar mərhələsində iştirak etməyi planlaşdırmır.
Bu barədə IRIB mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, hazırda İranın ABŞ ilə danışıqların növbəti raundunda iştirakla bağlı planı yoxdur.

Bundan əvvəl IRNA İranın ABŞ-ın “həddindən artıq tələbləri və qeyri-real gözləntiləri” səbəbindən danışıqlarda iştirakdan imtina etdiyini bildirib.

Eyni zamanda Axios yazır ki, İran rəsmiləri ABŞ-ın danışıqlar adı altında yeni hücum planını ört-basdır etdiyindən şübhələnirlər.

M.Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti