Sağlamlıq üçün vacib qida: Yumurta

Sağlamlıq üçün vacib qida:    Yumurta
  19 Aprel 2026    Oxunub:2274
Hər gün bir ədəd yumurta yemək sağlamlıq üçün çox faydalıdır. Yumurta yüksək protein, vitamin və antioksidant tərkibi ilə orqanizmin qidalanmasında vacib rol oynayır.
Bu qida ürək-damar sisteminin sağlamlığını dəstəkləyir, “yaxşı xolesterin” (HDL) səviyyəsini tarazlayır və damar tutulması riskini azaldır. Tədqiqatların nəticəsində məlum olub ki, süfrədən yumurtanı əskik etməyənlərdə ürək tutması və insult ehtimalı da daha aşağı olur.

Yumurtada olan A, B12, D, E vitaminləri, omeqa-3, həmçinin lutein zeaksantin göz sağlamlığı üçün faydalıdır. Uzunmüddətli istifadə katarakta və sarı ləkə xəstəliyi riskini də azaldır.

Yumurtadakı kolin maddəsi beyin hüceyrələrinin qorunmasına kömək edir, insult riskini azaldır. Tərkibindəki sink kükürd isə əzələ gücünü artırır, saç və dırnaq sağlamlığını dəstəkləyir.


Teqlər: Sağlamlıq   Qida  



Xəbər lenti