Fidan: "Azərbaycan və Ermənistan arasında sülh sazişi tezliklə imzalana bilər"
“Türkiyə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir”, – deyə o qeyd edib.
Nazirin sözlərinə görə, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması iqtisadi baxımdan da mühüm üstünlüklər vəd edir.
“Regionumuzun Orta Dəhliz layihəsində rolu son dərəcə önəmlidir. Çünki Cənubi Qafqazda sabitlik bu dəhlizin təhlükəsizliyi baxımından vacibdir. Zəngəzur dəhlizi Türkiyə üçün çox mühüm nəqliyyat xəttidir. Bu istiqamətdə biz Avropa İttifaqı ilə də işləyirik. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması region ölkələrinin inkişafına töhfə verəcək. Biz buna çox yaxınıq”, – deyə H.Fidan əlavə edib.
M.Həsənli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


