İran Hörmüz boğazını bağladı

 İran Hörmüz boğazını bağladı
  18 Aprel 2026    Oxunub:2393
İran tərəfi Hörmüz boğazını ABŞ-ın dəniz blokadası tam aradan qaldırılana qədər bağladığını açıqlayıb.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Bildirilib ki, ABŞ-ın İran gəmiləri və limanlarına tətbiq etdiyi blokadanın ləğv olunmaması atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirilir.

“Düşmən (ABŞ- red.) dəniz blokadasını aradan qaldırmadığı üçün bu gündən etibarən Hörmüz boğazı bağlanır və blokada götürülənədək bağlı qalacaq”, – deyə açıqlamada qeyd olunub.

Eyni zamanda, İran tərəfi Fars körfəzi və Oman dənizində hərəkət edən gəmiləri boğaza yaxınlaşmamaq barədə xəbərdar edib. Bildirilib ki, bu qadağanın pozulması “düşmənlə əməkdaşlıq” kimi qiymətləndiriləcək.
İran Hörmüz boğazını açdı


Xatırladaq ki, aprelin 17-də İran Livanla bağlı atəşkəs fonunda Hörmüz boğazından kommersiya gəmilərinin atəşkəs ərzində keçidinə icazə verildiyini açıqlamışdı.
M. Həsənli
AzVision.az



Teqlər:  



Xəbər lenti