“TRİPP layihəsinə başlamağa hazırıq” - Paşinyan

 “TRİPP layihəsinə başlamağa hazırıq” -    Paşinyan
  18 Aprel 2026    Oxunub:2164
“İranın ətrafındakı vəziyyət nizamlanan kimi Ermənistan TRIPP layihəsinin reallaşmasına başlamağa hazırdır”.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Yaxın Şərqdəki mürəkkəb vəziyyətə baxmayaraq, alternativ marşrutların hesabına Ermənistanda heç bir ərzaq qıtlığı müşahidə olunmayıb.

Paşinyan onu da deyib ki, yaxın vaxtlarda İstanbul-Gümrü-İstanbul hava marşrutlatı təşkil oluna bilər.

Bakı və Ankara ilə münasibətlərə gəlincə, baş nazir məmurların arasında işçi təmaslara başlamağın vaxtının artıq çatdığını qeyd edib.

Tariyel Həsənov
AzVision.az


Teqlər: TRİPP   Ermənistan  



Xəbər lenti