A kateqoriyasında 23 idmançının iştirakı ilə baş tutan mübarizədə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçisi Ayan Fərəcova “Tibet” ləqəbli atla birinci olub.
L kateqoriyasında yaş məhdudiyyəti olmadan 15 idmançının mübarizə apardığı yarışda “Elite” atçılıq klubunun təmsilçisi Anar Hümbətov “Zirvə” ləqəbli atla ilk yeri tutub.
M kateqoriyasında yaş məhdudiyyəti olmadan 9 idmançının mübarizə apardığı yarışda “Murad” atçılıq klubunun təmsilçisi Mübariz Hüseynov “Elano C” ləqəbli atla qalib adını qazanıb.
İki gün davam edən yarışların sonunda hər üç kateqoriyada birinci yerin sahibinə “Bahar Kuboku”, medal, fəxri diplom təqdim olunub.







Vaxtında, Aydın, Lazımlı!


