İmtahanların nəticələri nə vaxt açıqlanacaq?

 İmtahanların nəticələri  nə vaxt açıqlanacaq?
  10 Aprel 2026    Oxunub:2046
Martın 9-da keçirilmis buraxılış imtahanın nəticələri 25 apreldən sonra elan ediləcək.
Bunu DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans zamanı bildirib.

Məleykə Abbaszadə həmçinin qeyd edib ki, konfrans çərcivəsində imzalanan Niyyət Protokoluna əsasən Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında araşdırmalar aparılması planlaşdırılır.

"Diplomların qarşılıqlı tanınmasından öncə imtahanlarla bağlı təcrübə mübadiləsi aparmağı planlaşdırırıq. Təkcə təhsil sahəsində deyil, kadr seçimi istiqamətində də beynəlxalq əməkdaşlıqlar davam edir. Bu sahədə güclü əlaqələr qurmuşuq", - DİM sədri əlavə edib.

AzVision.az




Teqlər:



Xəbər lenti