"Instagram"da çoxdan gözlənilən YENILİK

"Instagram"da çoxdan gözlənilən    YENILİK
  10 Aprel 2026    Oxunub:2054
“Instagram” şərhləri redaktə etmək funksiyasını işə salıb. Bildirilir ki, istifadəçilər yazdıqlarını 15 dəqiqə ərzində redaktə edə biləcəklər.
Səhvləri düzəltmək üçün şərhi silib yenidən yazmaq məcburiyyəti qalmayacaq.

“TechCrunch”ın məlumatına görə, ayrılmış vaxt ərzində şərhi bir neçə dəfə redaktə etmək mümkündür. Şərhdə redaktə edildiyini göstərən qeyd görünəcək. Dəyişikliklərin tarixçəsini isə görmək mümkün olmayacaq.

2026-cı ilin mart ayında “Instagram” ödənişli “mavi işarə” sahibləri arasında paylaşımların təsvir hissəsində kliklənə bilən linkləri test etməyə başlayıb. Həmçinin “Instagram Plus” abunəliyini təqdim edib — bu xidmət, digər imkanlarla yanaşı, “Stories” paylaşımlarının müddətini uzatmağa və onları müəllifin xəbəri olmadan izləməyə imkan verir.

AzVision.az


Teqlər:



Xəbər lenti