Ramin Məmmədov Ağdamda vətəndaşları qəbul edəcək

Ramin Məmmədov Ağdamda vətəndaşları qəbul edəcək
  10 Aprel 2026    Oxunub:2010
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 14-də Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Füzuli rayonlarından olan vətəndaşları qəbul edəcək.
Komtədən AzVision.az-a bildirilib ki, qəbul saat 11:00-da Ağdam rayon Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Qarabağ regional bölməsinə (əlaqə vasitələri: (021) 275 52 00, (050) 888 39 98, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.

AzVision.az


Teqlər:



Xəbər lenti