"Azəriqaz" vətəndaşları bu dəfə Laçında qəbul edəcək

 "Azəriqaz" vətəndaşları bu dəfə Laçında qəbul edəcək
  08 Aprel 2026    Oxunub:1982
SOCAR-ın "Azəriqaz" İB rəhbərliyi vətəndaşları bu dəfə Laçın rayonunda qəbul edəcək
Qurumdan AzVision.az -a verilən məlumata görə, SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu 10 aprel saat 11:00-da Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında (Ünvan: Laçın şəhəri, H. Əliyev küçəsi 96) baş tutacaq.

Görüş zamanı Laçın rayonundan olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Qarabağ Regional Qaz İstismarı İdarəsinə (tel: 050-844-40-03; 050-844-40-41) müraciət edə bilərlər.

AzVision.az




Teqlər:



Xəbər lenti