Mədəniyyət Nazirliyindən AzVision.az-a bildirilib ki, görülən tədbirlərin nəticəsində qısa müddətdə həmin barbarlıq aktının nəticələri aradan qaldırılıb. Artıq binanın fasadının ilkin görünüşü bərpa olunub.
Bir daha xatırladırıq ki, Nizami Kino Mərkəzinin binası dövlət tərəfindən mühafizə edilən, paytaxtın memarlıq mənzərəsinə xüsusi görkəm verən tarixi abidələrdən biridir. Abidələrin qorunması isə həm mənəvi borcumuz, həm də Azərbaycan Respublikasının qanunvericiliyinin tələbidir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


