"ASAN xidmət” “Təchizat Zəncirində Süni İntellekt” təlimini reallaşdıracaq
6 saatlıq intensiv proqram çərçivəsində iştirakçılara təchizat zəncirində ən kritik problemlər və onların süni intellekt əsaslı həll yolları təqdim olunacaq. Eyni zamanda tələb proqnozlaşdırması, inventar optimallaşdırması və logistika planlaması üzrə müasir yanaşmalar izah ediləcək.
Risklərin qabaqcadan aşkarlanması və operativ qərarvermə üzrə praktik yanaşmalar beynəlxalq real keyslər əsasında təqdim olunacaq. İştirakçılar bu yanaşmaları tətbiq edərək 90 günlük pilot layihə planlarının hazırlanması, “quick-win” strategiyalarının müəyyənləşdirilməsi, investisiya effektivliyinin (ROI) qiymətləndirilməsi və risk analizinin aparılması üzrə əsas bacarıqları interaktiv sessiyalar vasitəsilə mənimsəyəcəklər.
Təlim Türkiyədən dəvət olunmuş, təchizat zənciri və rəqəmsal transformasiya sahəsində geniş beynəlxalq təcrübəyə malik ekspert tərəfindən təqdim olunacaq.
Əsas məqsəd şirkətlərdə məlumat əsaslı qərarvermə mədəniyyətinin formalaşdırılması, süni intellekt texnologiyalarının effektiv tətbiq sahələrinin müəyyənləşdirilməsi və biznes proseslərində rəqəmsal transformasiyanın sürətləndirilməsidir.
Yer sayı məhdud olduğundan erkən müraciət edənlərə üstünlük verilir.
Qeydiyyat üçün keçid
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


