Dəbdən düşən 5 geyim trendi açıqlandı

  Dəbdən düşən 5 geyim    trendi açıqlandı
  01 Aprel 2026    Oxunub:2620
Fransanın dəb ekspertləri 2026-cı ildə gündəlik geyim üslubunda ciddi dəyişikliklərin baş verdiyini bildirirlər. Onların sözlərinə görə, yeni yaz-yay mövsümündə daha çox sadəlik, sakit rənglər və keyfiyyətli materiallara üstünlük verilir.
AzVision.az bu barədə Vogue France nəşrinə istinadən məlumat verir.

Ekspertlərə görə, həddindən artıq "oversize" geyimlər, mürəkkəb dekorativ elementlər, həddindən artıq dar cins və yüksək bel kəsimli şalvarlar dəbdən düşür.

Bunun əvəzində isə bir neçə mövsüm istifadə oluna bilən universal və baza geyimlərinə üstünlük verilir. Xüsusilə təbii və neytral rənglər ön plana çıxır. Onların fikrincə, bu yanaşma həm aktual görünüş yaratmağa, həm də daha funksional və balanslı qarderob formalaşdırmağa imkan verir.

Stilistlərin sözlərinə görə, ağ rəng yeni mövsümdə əsas üslub elementlərindən birinə çevrilərək yaz və yay aylarında yüngüllük və sadəlik hissini önə çəkir.

Ekspertlər vurğulayırlar ki, dəyişikliklər yalnız estetik amillərlə deyil, həm də həyat tərzi ilə bağlıdır – insanlar rahatlığa, praktikiliyə getdikcə daha çox önəm verməyə başlayıblar.

Röya Əliyeva
AzVision.az



Teqlər:



Xəbər lenti