Film Birinci Dünya müharibəsi dövründə Nargin adasında əsir saxlanılan türk hərbçilərinin faciəvi taleyindən və onlara yardım edən Sona xanım Hacıyevanın fədakarlığından bəhs edir. Real tarixi faktlara əsaslanan ekran əsəri həmin dövrün dramatik mənzərəsini, insan talelərini və çətin şəraitdə göstərilən cəsarəti ön plana çıxarır.
Qeyd edək ki, rejissorları Elməddin Alıyev və Xəyyam Abdullazadə olan film Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə “Karvan production” tərəfindən istehsal olunub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


