Niyə "Qırmızı Bazar"?
Burda yaşayışın min ildən çox tarixi var. Qafqaz Albaniyası dövrünə aid olan Skaxmaz məbədi də bunu təsdiq edən mühüm mənbədir. Vərəndə mahalı tərkibində olan bu ərazi Xanlıq dövrlərində və ondan da öncə əsas yol üstü mühüm mərkəz kimi də rol oynayıb. 1880-ci ildə, Qırmızı Bazar ərazisində ilk ticarət köşkləri yaradılır və bu buranın ticari bir əhəmiyyətli olmasını göstərir.
Buranı gəzərkən diqqəti cəlb edən bəzi saxsı boruların qalıqlarınıı görmək olar. Bu ərazidəki bulaqların suyu dağların dərinliklərindən xüsusi saxsı borularla gətirilirdi.
Qırmızı Bazar 1947-ci ildə şəhər tipli qəsəbə statusu alıb. Ərazi vahidi olaraq DQMV-də Martuni rayonuna tabe idi. SSRİ dağıldıqdan sonra Azərbaycan höküməti tərəfindən DQMV ləğv olundu, Qırmızı Bazar qəsəbəsi isə yeni yaradılmış Xocavənd rayonunun tabeliyinə verildi.
Erməni işğalından azad edildikdən sonra bura günü gündən daha çox canlanır. Əgər ciddi turizm üçün bura kapital qoyulsa əraziyə axın çox ola bilər.
Zaur Əliyev
Tarix elmləri doktoru
Teqlər: Tarix Qırmızı-bazar







Vaxtında, Aydın, Lazımlı!


