Ermənistan və İran XİN rəhbərləri Yaxın Şərqi müzakirə edib

Ermənistan və İran XİN rəhbərləri Yaxın Şərqi müzakirə edib
  28 Mart 2026    Oxunub:2043
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İran xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefonla danışıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər Yaxın Şərqdəki son hadisələr və potensial həll yolları barədə fikir mübadiləsi aparıblar.

Bundan əlavə, humanitar məsələlər və çoxtərəfli gündəmdəki mövzular da müzakirə edilib.

Qeyd edək ki, XİN rəhbərlərinin sonuncu telefon danışığı martın 2-də baş tutub.

AzVision.az



Teqlər:



Xəbər lenti