Fevralın 28-dən sonra ABŞ və İsrailin İran ərazisində həyata keçirdiyi hərbi əməliyyatlar regionda gərginliyi kəskin şəkildə artırıb. Buna cavab olaraq İran İsrailə, eləcə də ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Münaqişənin genişlənməsi fonunda Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkəti faktiki olaraq dayanıb. Qlobal enerji təchizatı baxımından olduqca əhəmiyyətli bu marşrut Fars körfəzi ölkələrindən neft və mayeləşdirilmiş təbii qazın əsas ixrac xətti hesab olunur.
|
| İran: Hörmüz təkcə düşmən gəmilərinə bağlıdır |
Qeyd edək ki, İran daha əvvəl yalnız bəzi dost ölkələrin gəmilərinə boğazdan məhdud keçidə icazə verildiyini açıqlayıb.
Məhəmmədəli Həsənli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


